play_arrow
AutoLife Radio Azerbaijan Drive Your Way With Us!
play_arrow
Vintage Radio Azerbaijan Classic Sounds for Classic Souls!
today23.07.2026 741 41 5
Almaniyanın aparıcı motor yağı istehsalçılarından biri olan, uzun illərdir ölkəsində öz kateqoriyası üzrə lider mövqeyini qoruyan və “Made in Germany” keyfiyyəti ilə tanınan LIQUI MOLY Azərbaycandakı tərəfdaşı Radius şirkətinə “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusunu təqdim edib.
Yeni tərəfdaşlıq mərhələsinin elan olunması münasibətilə Bakıda Radius şirkətinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.
Bildirilib ki, sözügedən status Radius-a LIQUI MOLY-nin Almaniyadakı baş ofisinin texniki ekspertizasına, beynəlxalq təlim proqramlarına, qabaqcıl servis texnologiyalarına və qlobal xidmət standartlarına birbaşa çıxış imkanı yaradacaq. Şirkət nümayəndələrinin sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanda avtomobil servis xidmətlərinin inkişafına, beynəlxalq təcrübənin tətbiqinin genişlənməsinə və müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verəcək.
LIQUI MOLY-in İxrac üzrə direktor müavini Andreas Maydel qeyd edib ki, Radius-a strateji statusun verilməsi şirkətin qlobal tərəfdaşlıq siyasəti çərçivəsində aparılmış hərtərəfli qiymətləndirmənin nəticəsidir.
“Strateji tərəfdaş statusu heç vaxt təsadüfi verilmir. Bu qərar uzun illər ərzində formalaşmış qlobal standartlara və ciddi seçim meyarlarına əsaslanır. Tərəfdaşlarımızı qiymətləndirərkən yalnız kommersiya göstəricilərini deyil, eyni zamanda şirkətin korporativ dəyərlərini, peşəkarlığını, etibarlılığını, xidmət mədəniyyətini və uzunmüddətli əməkdaşlıq potensialını da nəzərə alırıq. Radius ilə yaxından tanış olduqdan sonra gördük ki, bu prinsiplər burada sadəcə bəyan edilmir, gündəlik fəaliyyətin ayrılmaz hissəsini təşkil edir. Məhz buna görə Azərbaycanda strateji pərakəndə satış və servis şəbəkəsi statusunu Radius-a təqdim etmək qərarına gəldik”, – deyə Andreas Maydel bildirib.
Şirkət nümayəndələrinin sözlərinə görə, LIQUI MOLY tərəfdaş seçimində satış nəticələri ilə yanaşı, servis infrastrukturunun inkişaf səviyyəsini, xidmət keyfiyyətini, əməkdaşların peşəkarlığını, müştəriyönümlü idarəetmə prinsiplərini və beynəlxalq standartlara uyğun fəaliyyətini əsas qiymətləndirmə meyarları kimi nəzərdən keçirir.
Radius üçün bu statusun əldə olunması LIQUI MOLY ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsi deməkdir. Tərəflər hesab edirlər ki, bu əməkdaşlıq beynəlxalq təcrübənin ölkədə daha geniş tətbiqinə, müasir servis həllərinin inkişafına və avtomobil xidmətləri bazarında keyfiyyət standartlarının yüksəldilməsinə əlavə töhfə verəcək.
Tədbirin sonunda LIQUI MOLY tərəfindən təsis edilmiş “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusunu təsdiq edən rəsmi sertifikat Radius şirkətinə təqdim olunub.
Written by: Admin Admin
When the night falls, the party begins! After Hours Mix is your late-night go-to for non-stop pop anthems and the latest club hits. Get ready for upbeat, high-energy music that will keep you moving until the early hours.
close
1
play_arrowBass Bumpers
2
play_arrowHeisomusic
3
play_arrow052. Lou Reed
4
play_arrowMadonna
5
play_arrow042. The Knack
Post comments (0)