play_arrow

keyboard_arrow_right

Listeners:

Top listeners:

skip_previous skip_next
00:00 00:00
playlist_play chevron_left
  • cover play_arrow

    AutoLife Radio Azerbaijan Drive Your Way With Us!

  • cover play_arrow

    Vintage Radio Azerbaijan Classic Sounds for Classic Souls!

News

DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

today22.06.2026 774 55 5

Background
share close

Pensiya və sosial ödəniş alan vətəndaşların xüsusi endirim barkodundan daha rahat yararlanmaları məqsədilə DOST mərkəzlərində onlara dəstək göstərilir.

Belə ki, bəzi vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməkdə çətinlik çəkməsini nəzərə alaraq, DOST könüllüləri pensiya və sosial ödəniş alan şəxslərə tətbiqin quraşdırılması, qeydiyyatın tamamlanması və endirim barkodunun aktivləşdirilməsi prosesində kömək edirlər.

Qeyd edək ki, “mygov” tətbiqində təqdim olunan xüsusi endirim barkodu vasitəsilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, qazilər, müharibə veteranları və şəhid ailə üzvləri ölkə üzrə müxtəlif tərəfdaş marketlər, apteklər və klinikalarda endirimlərdən yararlana bilirlər.

Layihənin əsas məqsədi sosial ödəniş alan vətəndaşların bu imkandan daha geniş şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Məhz bu səbəbdən DOST mərkəzlərində göstərilən dəstək xidmətləri vətəndaşların endirim barkodunu əldə etməsinə və ondan istifadə etməsinə yönəlib.

Sosial ödəniş alan vətəndaşlar onlara ən yaxın DOST mərkəzinə müraciət edərək “mygov” tətbiqində qeydiyyatdan keçə, endirim barkodunu aktivləşdirə və tərəfdaş müəssisələrdə təqdim olunan güzəştlərdən faydalana bilərlər. Qeydiyyat üçün vətəndaşın mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etməsi kifayətdir.

Ətraflı məlumat üçün 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Written by: Admin Admin

Rate it

Post comments (0)

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Tick the switch to enable the submit button.